22.11.2024, 09:15
AZ EN
18.07.2023, 16:01 235

Qərbi Azərbaycan İcması Ermənistanın ekoloji terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan İcması Ermənistanın ekoloji terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Müraciəti deyilir:

"Biz Qərbi Azərbaycan İcması olaraq Ermənistan hökumətinin, bu ölkədən qovduğu azərbaycanlıların geri qayıdacağı gözlənilən əraziləri qəsdən yaşanmaz hala gətirməyə yönəlmiş məqsədyönlü və mənfur səylərini dərhal dayandırması və nəticələrini aradan qaldırması üçün beynəlxalq ictimaiyyəti təcili olaraq qətiyyətli addımlar atmağa və Ermənistana maksimum təzyiq göstərməyə çağırırıq.

Ermənistan Azərbaycan ərazilərinin işğalı zamanı azərbaycanlıların qovulduğu şəhər, qəsəbə və kəndlərin demək olar ki, hamısını dağıdıb, onların geri qayıtmaması üçün həmin ərazilərdə bir milyondan çox mina basdırıb.

Ermənistan hökumətinin siyasətində azərbaycanlılara qarşı dərin kök salmış etnik nifrət hətta Ermənistanın azərbaycanlıların qayıtması nəzərdə tutulan ərazilərini qəsdən ekoloji fəlakətlər törədərək viran etmək kimi ifrat yollara əl atmağa hazır olmasından aydın görünür.

Məsələn, Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatı və Qafandakı mədən kombinatı tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun kimi ağır metallar olan mədən tullantıları buraxır. Bu çirklənmə Azərbaycana doğru axan Oxçuçay və Araz çaylarına birbaşa təsir edərək, bölgədəki icmaların sağlamlığını və rifahını təhlükə altına qoyur.

Bundan başqa, Əkərək (Agarak) Mis-Molibden Kombinatı Kərçivançay vasitəsilə Araz çayını tərkibində ağır metallar olan mədən tullantıları ilə çirkləndirir. Göyçə (Geğarkunik) Mis Əritmə Zavodu çoxlu miqdarda kükürd qazı və digər çirkləndiricilər buraxaraq havanın çirklənməsinə və turşu yağışlarına səbəb olur. Mədənin yaxınlığında yerləşən Zod çayı mis, dəmir, kadmium və molibden kimi təhlükəli ağır metallarla çirklənmişdir. Bu misallar Ermənistanın dağıdıcı mədənçilik təcrübələrinin məhz azərbaycanlıların vaxtilə sıx məskunlaşmış olduqları ərazilərdə cəmləşdirilməsinin bariz sübutudur.

Ermənistan hökumətinin təbiətə qarşı bu mənfur münasibəti onun azərbaycanlı qaçqınların geri qayıtmasının qarşısını almaq və etnik təmizləmə siyasətini davam etdirmək üçün hüquqi və mənəvi baxımından nə dərəcə aşağı səviyyəyə düşməyə hazır olduğunu üzə çıxarır.

Biz beynəlxalq ictimaiyyəti Ermənistanın ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə zidd olan bədxah əməllərinə qarşı qətiyyətli addımlar atmağa çağırırıq. Bu mədənlər və zavodların azərbaycanlıların zorla qovulduğu ərazilərdə qəsdən cəmləşdirildiyini vurğulamaq zəruridir. Bu, Ermənistanın etnik təmizləmə siyasətini bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyət Ermənistanın hərəkətlərini pisləməli və ondan beynəlxalq ekoloji normaları pozan, insan sağlamlığına təhlükə yaradan, azərbaycanlı qaçqınların təhlükəsiz qayıtmasına mane olan və qonşu Azərbaycana xeyli transsərhəd ziyan vuran bütün fəaliyyətləri dərhal dayandırmağı tələb etməlidir.

Ekoloji tarazlığın bərpası və insan hüquqlarının müdafiəsi çox təcili şəkildə təmin olunmalıdır. Beynəlxalq ictimaiyyət məsul maraqlı tərəflərlə birlikdə azərbaycanlı qaçqınların çirklənmə və dağıntıların doğurduğu təhdidlərdən azad şəkildə öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarını təmin etmək üçün birlikdə çalışmalıdır. Bu kobud pozuntuları aradan qaldırmaqla biz Ermənistanın zərərli praktikasının təsirinə məruz qalmış bütün insanların hüquqlarının və rifahının təmin olunduğu davamlı və inklüziv gələcəyə təkan verə bilərik".

Oxşar xəbərlər

SON XƏBƏRLƏR