16.04.2025, 22:29
AZ EN
15.07.2023, 20:55 193

Aİ lideri: Azərbaycan və Ermənistan regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı danışıqlarda irəliləyiş əldə ediblər

XƏBƏRLƏR
  • Tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı danışıqlarda aşkar irəliləyiş əldə ediblər.

Bu fikri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.

“Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmətlə yanaşacaq gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə etdik”, - deyə o qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər