22.11.2024, 23:16
AZ EN
11.07.2023, 09:25 314

Mahir Abbaszadə: “Azərbaycan bölgədə bütövlükdə Cənubi Qafqazda istədiyi davamlı və təhlükəsiz sülhə nail ola biləcək”

XƏBƏRLƏR

“44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra Azərbaycanın 30 il müddətində dağıdılmış pozulmuş sərhədlərini, həm İranla, həm Ermənistanla sərhədlərimizi bərpa etmişik. Təbii ki, bu bərpa prosesindən sonra biz sərhədlərdə möhkəmlənmişik”. Bunu Milli Məclisin deputatı Mahir Abbaszadə Az.TV-nin “Əsas məsələ” verilişində ifadə edib. Millət vəkili qeyd edib ki, 10 noyabr bəyannaməsinin müddəalarına əsasən Qarabağda yaşayan ermənilərin, Ermənistana gediş-gəlişini asanlaşdırmaq məqsədilə Laçın rayonunun şəhər mərkəzindən keçərək Ermənistana gedən bir koridorun keçməsinə razılıq vermişdik: “Amma eyni zamanda həmin bəyannamənin müddəalarında göstərilir ki, Azərbaycan yeni yolun çəkilişini həyata keçirəcək və bundan sonra Laçının şəhər mərkəzi yenidən Azərbaycana qaytarılacaq. 2022-ci ilin avqust ayının 26-da Azərbaycan yeni yolun çəkilişini başa çatdırdı və beləliklə, Laçının şəhər mərkəzi avqust ayının 26-da yenidən azərbaycanlılara qaytarıldı və bundan sonra möhtərəm Prezidentin Laçın şəhərinə səfəri oldu, orada Azərbaycanın müstəqil bayrağını qaldırdı. Bundan sonrakı müddətdə yenə yeni yollar vasitəsilə Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişi sərbəst şəkildə həyata keçirilməsi təmin edildi. Amma sonrakı müddətdə gördük ki, Qarabağda yaşayan ermənilər Ermənistana və Ermənistandan Qarabağa gedənlər heç də xoş niyyətlə səfərlər etmirlər, burda hərbi sursatların və minların daşınması həyata keçirilir. Deməli, Azərbaycan tərəfindən verilmiş razılıq əsasında bu yoldan istifadə həm də hərbi məqsədlər üçün istifadə edilməyə başlanılıb. Belə olduğu təqdirdə, Azərbaycan tərəfi yenə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanla öz sərhədində sərhəd-keçid buraxılış məntəqəsini quraşdırdı. Bu isə bütün dünyada qəbul olunmuş bir normadı. Necə ki, Azərbaycan başqa dövlətlərlə sərhəddə öz sərhəd-keçid məntəqəsini qurub, eləcə də Ermənistanla sərhəddə öz sərhəd-keçid məntəqəsini qurdu. Belə olduğu təqdirdə, Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişini asanlaşdırmaq, eyni zamanda Ermənistandan Qarabağa geriyə qayıdan ermənilərin gediş-gəlişi ilə bağlı heç bir problem yoxdur”.

M.Abbaszadə daha sonra əlavə edib ki, Azərbaycan tərəfi dəfələrlə Qırmızı Xaç Komitəsinin üzvləri ilə birlikdə bu prosesi həyata keçiriblər. Dəfələrlə jurnalistlərin buraya səfərləri olub. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələrinin Laçın rayonuna səfərləri həyata keçirilib və onlar da  öz gözləri ilə görüblər ki,  məhz bu sərhəd məntəqəsindən  dinc sakinlərin keçib-gəlməsi üçün  heç bir problem yoxdur: “Azərbaycan digər dövlətlərlə sərhədlərində hansı davranışları həyata keçirirsə, pasortların kontrolları həyata keçirilirsə, bu ərazidə də o davranışları həyata keçirir və bütün bunlar beynəlxalq hüquq və normalarına hesablanmış düzgün addımdır. Amma Ermənistan tərəfi bütün vəchlə sərhəd-keçid məntəqəsinin guya azərbaycanlılar tərfindən Qarabağda yaşayan erməniləri blokadaya almaq, Qarabağda yaşayan ermənilərin gediş-gəlişinə mane olmaq, Qarabağa  ərzaq və digər materailların  daşınması ilə bağlı problem yaratmaqla bağlı ciddi-cəhdlə  hayqırı hərəkətlər etməkdədirlər və bunun da sonunda beynəlxalq  məhkəməyə müraciət edərək guya Azərbaycanın Laçın rayon sərhədində dövlət tərəfindən qoyulmuş sərhəd-keçid məntəqəsinin  qeyri-qanuni olduğunu, beynəlxalq hüquq və normalara zidd olduğunu və eyni zamanda Azərbaycanın məhz Silahlı Qüvvələrinin bu ərazidən çıxarılması  iddia ilə bağlı çıxış ediblər. Amma beynəlxalq hüquq və məhkəmə doğru və dürüst bir qərar çıxarıb. Həmin doğru-dürüst qərarda qeyd olunduğu kimi, Azərbaycan öz sərhədində, öz ərazisində sərhəd-keçid məntəqəsini qurub. Azərbaycan öz ərazisində Silahlı Qüvvələrini məhz Laçın şəhərinin ərazisində yerləşdirib. Bu beynəlxalq hüquq və normalara uyğundur.  Təbii ki, Ermənistan tərəfi hay-küy salmaqla məşğuldu. Lakin beynəlxalq məhkəmənin qərarı bir daha göstərdi ki, Azərbaycan düzgün yoldadır. Haqlı olaraq beynəlxalq məhkəmə tərəfindən Azərbaycan Respublikasının sərhəd-keçid məntəqəsində yerləşdirdiyi Silahlı Qüvvələrə bəraət qazandırıldı və qeyd olundu ki, Azərbaycan öz ərzisində bu postu qurub və bundan sonra bu postda mühafizə xidməti həyata keçiriləcək. Eyni zamanda orada quraşdırılmış post əgər biz və Ermənistan tərəfi təbii ki, bunu ermənilər guya sözdə istəyir, ama əməllərində istəmir, əgər biz istəyiriksə sərhədlərimizdə davamlı təhlükəsiz sülh olsun, əgər biz istəyiriksə Qarabağda yaşayan ermənilər təhlükəsiz şəraitdə yaşasın, onların yaşaması ilə bağlı  heç bir bir silahlı qarşıdurma  olmasın,  bunun yalnız və yalnız qarantı Azərbaycanın Laçın rayonu ərazisində qurulmuş sərhəd-keçid mühafizə məntəqəsidir. Çünki sərhəd-keçid məntəqəsi nə qədər ki, fəaliyyət göstərəcək, belə olduğu təqdirdə, Qarabağa qeyri-qanuni silah-sursatların daşınmasına imkan verilməyəcək. Qarabağa arzuolunmza şəxslərin Qarabağda yaşayan erməniləri qışızdırmaq nöqteyi-nəzərdən etdiyi səfərlərin qarşısı alınacaq və beləliklə, Azərbaycan bölgədə bütövlükdə Cənubi Qafqazda istədiyi davamlı və təhlükəsiz sülhə nail ola biləcək”, - deyə millət vəkili vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər