20.04.2025, 07:32
AZ EN
30.06.2023, 14:56 231

İtaliyalı jurnalist: Fransada Azərbaycan Televiziyasının çəkiliş qrupuna hücumu qəti şəkildə qınayıram

XƏBƏRLƏR
  • Nanter şəhərində 17 yaşlı Nahelin polis tərəfindən qətlə yetirilməsindən sonra baş verən qarşıdurmaları işıqlandıran Azərbaycan Televiziyasının (AzTV) çəkiliş qrupunun hücuma məruz qalması təəssüf doğurur və bu, Fransada son günlərdəkı ab-havadan xəbər verir.

Bunu İtaliyanın “il Giornale” qəzetinin və həmin qəzetə bağlı “Insideover” analitik portalının jurnalisti Emanuel Pietrobon deyib.

“Azərbaycan tərəfi haqlı şəkildə baş verənləri qınayıb. Ümid edirəm ki, hadisənin şəraiti aydınlaşdırılacaq, jurnalistlərə hücum edən və onların avadanlıqlarını alan cinayətkarlar tez bir zamanda məsuliyyətə cəlb olunacaqlar. Mən də öz peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə hücumu qəti şəkildə qınayıram”, - deyə Emanuel Pietrobon qeyd edib.

İtaliyalı jurnalist vurğulayıb ki, Fransada baş verənləri işıqlandırmaq, şübhəsiz ki, asan deyil. Jurnalist bu baxımdan risk altında olan bir peşəni təmsil edir, lakin ictimaiyyəti məlumatlandırmaq və hadisə yerindən düzgün məlumatları çatdırmaq bizim vəzifə borcumuzdur. Həmçinin ölkələrdə məlumat azadlığının təmin olunması çox vacib məsələdir.

“Ümumiyyətlə, Fransa daxilində aşağı intensivlikli vətəndaş müharibəsi olan, vaxtaşırı milli zəmində yayılan və müxtəlif şəhərlərdə qarşıdurmalar şəklini alan bir ölkədir. Bu ölkədə oxşar hadisələr tez-tez təkrarlanır”, - deyə o bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər