Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, danışıqlardan irəliləyiş gözləmək olar:
“Çünki təmaslar kifayət qədər intensivdir. Hər iki tərəfin təklifləri və müzakirələri öz nəticəsini verir”.
Qeyd edək ki, sabah, iyunun 27-də ABŞ-ın paytaxtı Vaşinqtonda C.Bayramovla A.Mirzoyan görüşəcək. Tərəflər arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub. (Report)