23.12.2024, 23:48
AZ EN
22.06.2023, 21:30 267

Səməd Seyidov: “AŞPA-da Laçın yolu ilə bağlı qətnamə siyasi məqsədlə müzakirəyə çıxarılıb”

XƏBƏRLƏR
  • “AŞPA-da Laçın yoluna həsr olunmuş qətnamə siyasi məqsədlə müzakirəyə çıxarılıb”.

Bunu Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Laçın yoluna həsr olunmuş qətnamənin müzakirələri zamanı bildirib.

“AŞPA-da aparılan müzakirələr sülhə mane olur. Bu qətnamə qələmə verildiyi kimi təkcə insan hüquqlarını müdafiə etmək məqsədilə deyil, siyasi məqsədlə müzakirəyə çıxarılıb. Məruzəçi qətnamədə Dağlıq Qarabağ kəlməsini çıxarmağa etiraz edir. Halbuki, Dağlıq Qarabağ kəlməsi artıq mövcud deyil. Qarabağ Azərbaycanın tərkib hissəsidir və ölkə səviyyəsində dağlıq sözünün çıxarılması haqqında qərar verilib”, - Səməd Seyidov vurğulayıb.

“Burada aparılan söhbətlər Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib. Heç kim deyə bilməz ki, Qarabağ əhalisi, habelə uşaqlar arasında acından ölüm halı baş verib. Heç kim deyə bilməz ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağa girişinə mane olunub”, - o deyib. ("Report")

Oxşar xəbərlər