23.11.2024, 01:09
AZ EN
20.06.2023, 20:05 270

Nazir müavini: Beynəlxalq təşkilatlarda Azərbaycanla Argentina arasında səmərəli fəaliyyət mövcuddur

XƏBƏRLƏR
  • Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Argentina arasında mütəmadi qarşılıqlı dəstək və səmərəli birgə fəaliyyət mövcuddur.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

"Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı koronavirusa qarşı peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsinə və digər qərarların qəbul edilməsinə dair ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslərə Argentina öz dəstəyini əsirgəməyib", - deyə nazir müavini vurğulayıb.

Ölkələrimiz arasında mədəniyyət sahəsində də sıx əməkdaşlığın mövcud olduğunu deyən Elnur Məmmədov cari ildə diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi münasibətilə birgə silsilə tədbirlərin keçirilməsini məqsədəuyğun hesab edib. ("AZERTAC")

Oxşar xəbərlər