22.12.2024, 05:43
AZ EN
16.06.2023, 20:36 242

Əli Əhmədov: Ulu Öndərin əsasını qoyduğu dostluq əlaqələri Azərbaycan və Belarusun dövlət başçıları tərəfindən uğurla davam etdirilir

XƏBƏRLƏR
  • Azərbaycan-Belarus əlaqələri yüksək səviyyədədir. 1993-cü ildə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət siyasətinin yeni prinsiplər əsasında qurulmasına nail oldu və təbii olaraq Belarusla münasibətlərdə dönüş yarandı. Ulu Öndərin 100 illiyinin Minsk şəhərində də qeyd edilməsi Belarus xalqının və dövlətinin ehtiramını ifadə edir.

Bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyunun 16-da Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinə həsr olunmuş tədbirdə deyib.

Belarus xalqını milli bayram və Azərbaycanla diplomatik əlaqələrin 30 illiyi münasibətilə təbrik edən Baş nazirin müavini bildirib ki, ölkələrimiz arasında münasibətlərin əsasının qoyulması geosiyasi münasibətlərin nəticəsidir.

Əli Əhmədov vurğulayıb ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasət hazırda Azərbaycan və Belarusun dövlət başçıları tərəfindən uğurla davam etdirilir.

“Ölkələrimiz arasında siyasi dialoq mövcuddur. Təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq edən Azərbaycan və Belarus siyasi və beynəlxalq arenada bir-birini dəstəkləyirlər”, - deyə Əli Əhmədov bildirib.

Əlaqələrimizin dərinləşməsində hökumətlərarası və humanitar komissiyaların rolunu qeyd edən Baş nazirin müavini iki ölkə arasında münasibətlərin regional müstəvidə də uğurla davam etdirildiyini diqqətə çatdırıb.

"Ölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələrin inkişaf dinamikası davam edir. Münasibətlərimiz milli maraqlara uyğun gəlir. İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək", - deyə Əli Əhmədov vurğulayıb. ("AZERTAC")

Oxşar xəbərlər