22.11.2024, 05:58
AZ EN
16.06.2023, 13:56 326

XİN başçıları yenə ABŞ-da görüşəcəklər

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda yenidən görüşəcəklərinə əmin olduğunu bildirib. O, deyib: "Ümidvaram ki, növbəti Vaşinqton görüşündə gözlənilən müəyyən irəliləyişlər baş tutacaq. Bu daha çox Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanımasına dairdir".

Sərhədyanı ərazisindəki erməni təxribatlarının məhz Vaşinqtondakı görüşdən sonra aradan qalxacağını ehtimal edən baş nazir adəti üzrə yenə də Azərbaycanın ünvanına əsassız ifadələr səsləndirməklə, belə demək olarsa, özününküləri təmizə çıxartmağa cəhd edib, amma məntiqi baxımdan alınmayıb.

Qeyd edək ki, o, görüşün vaxtını hələ dəqiq bilmədiyini də açıqlayıb.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR