19.10.2024, 12:26
AZ EN
16.06.2023, 11:16 298

Milli Məclisdə Ermənistanın Laçın sərhəd-nəzarət buraxılış məntəqəsində törətdiyi təxribat müzakirə olunub

XƏBƏRLƏR
  • "Beynəlxalq humanitar hüquqdan danışanlar Ermənistan silahlı qüvvələrinin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsində törətdiyi hadisəyə münasibət bildirməlidir".

Bunu Milli Məclisin deputatı Musa Qasımlı parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O vurğulayıb ki, beynəlxalq təşkilatlar ipə-sapa yatmayan, uşaq bağçasında özünü narahat uşaq kimi aparan Ermənistana yerini göstərməlidir: “Baş verən hadisələrlə bağlı bütün məsuliyyət Ermənistan və havadarlarının üzərinə düşür”.

M.Qasımlı bildirib ki, Ermənistan silahlı qüvvələrinin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsində sərhədçimizə atəş açması bu ölkənin beynəlxalq hüququn tələblərini kobudasına pozmasını göstərir:

“Azərbaycan əsgərinə, dövlətinə, ordusuna, təhlükəsizlik qüvvələrinə və bütün silahlı qüvvələrinə atəş açan, buna cürət edən şəxs dərhal yenində məhv edilməlidir. Başqa heç cür həmin adamlarla danışmaq olmaz. Sərhədimizdən bir quşun belə bizdən xəbərsiz uçmasına icazə verməməliyik. Xalq olaraq hər zaman dövlətimizin yanındayıq”.

Qeyd edək ki, iyunun 15-də Ermənistanın silahlı qüvvələri terror-təxribat-provokasiya əməllərini davam etdirərək müxtəlif çaplı odlu silahlardan Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən DSX-nın hərbi qulluqçularına atəş açıb, nəticədə 1 nəfər hərbi qulluqçumuz yaralanıb. (Report)

Oxşar xəbərlər