22.12.2024, 21:49
AZ EN
13.06.2023, 13:55 334

Türk dövlətləri eyni amalla birləşib

XƏBƏRLƏR
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin dövlət ənənəsini bir daha təkrarladı və Şimali Kiprə, onun ardınca isə Azərbaycana səfər etdi. 

“Hamının gözlədiyi və bütün türk dünyasının əmin olduğu Rəcəb Tayyib Ərdoğan Prezident simasında ilk dövlət səfərini öncə Şimali Kiprə, sonra isə Azərbaycana  etməsini təbii ki, bütün dünya da izləyir”. Bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev “Real” TV-yə açıqlamasında ifadə edib. Millət vəkili qeyd edib ki, ümumiyyətlə, Türkiyədəki son seçkilər dünyanın diqqət mərkəzində idi: “Çünki bu Türkiyənin gələcək inkişafı ilə bağlı olan gələcək siyasi vektorlarının hansı istiqamətdə yönəlməsi baxımından  olduqca önəmli idi. Bütün türk dünyası da Türkiyədə keçirilən Prezident seçkilərini diqqətlə izləyirdi. Çünki  Türkiyədə son on il ərzində  aparılan siyasət məhz türk dünyasının birləşdirilməsinə, bütün üzvlərin səfərbər edilməsinə və dünya miqyasında türk faktorunu önə çıxarmağa yönəlmişdi və bu siyasətin davam etdirilməsini bütün türk dünyası istəyir. O cümlədən Azərbaycan həmişə türk dünyasının birrləşdirilməsi üçün ideya mərkəzi olmuşdur. Bu baxımdan Türkiyədə keçirilən seçkiləri bütün vətəndaşlar izləyirdilər. Əyani şəkildə Azərbaycandan çoxsaylı müşahidəçilər də həmin seçkilərdə iştirak edirdi. Nəhayət, seçkilər bizim gözlədiyimiz kimi uğurla başa çatdı. Cənab Ərdoğan Prezident vəzifəsində ilk səfərini  Azərbaycana etdi. Bu isə bizim üçün böyük şərəfdir, dünya üçün isə bir mesajdır ki, türk dövlətləri arasında  münasibətlər  dünyanın başqa ölkələrindən fərqlidir. Türk birliyi artıq elə bir yola çıxıb, elə bir səviyyəyə yüksəlib ki, sadəcə Türkiyəni ayrıca bir dövlət kimi yox, bütün türk dövlətlərini təmsil edən bir fövqəladə dövlət kimi görmək istəyir bütün türk xalqları”.

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin Şuşa bəyannaməsinin ildönümünə təsadüf etməsinə toxunan millət vəkili bildirib ki, Şuşa bəyannaməsi əslində ittifaq bəyannaməsidir: “Biz Türkiyə Azərbaycan münasibətlərin bir İttifaq dövləti adlandırmasaq da, amma  Şuşa Bəyannaməsi ilə  onun rəsmi tərəfi təsdiqlənmiş oldu, amma real həyatda Azərbaycanla Türkiyənin apardığı siyasət  tamamilə bir  ittifaqda olan iki dövlətin  apardığı siyasəti xatırladır. İstər iqtisadi münasibətlər sahəsində olsun, istər siyasi, mədəni, humanitar əlaqələr sahəsində olsun, artıq bütün bunlar o dərəcədə intensivləşib ki, Türkiyə və Azərbaycanın öz sınırlarından kənara çıxdığı halda  bir dövlət, bir siyasət üzərindən çıxış edirlər. Bu   siyasət  isə dünya dövlətləri tərəfindən vahid şəkildə qavranılır. Həm də digər türk dövlətləri üçün də bir stimul yaradır. Azərbaycan-Türkiyə münasibətləri digər türk dövlətlərində də təbliğ olunur və xalqları tərəfindən alqışlanır. Ona görə də digər türk dövlətləri də  hazırda həm Azərbaycanla, həm Türkiyə ilə münasibətlərini daha yüksək səviyyəyə çatdırmağa çalışırlar. Bizim Türkiyə ilə imazaladığımız Şuşa Bəyannaməsi əslində dünya miqyasında baş verən proseslərlə qloballaşma prosesinin doğurduğu fəsadlarla bağlıdır.  Eyni zamanda biz tarixi birliyimizi, soykökümüzü, mədəniyyət birliyimizi daha əyani şəkildə, daha praktik şəkildə həyata keçirmək imkanı əldə edirik”. C.Feyziyevin sözlərinə görə, uzun illər, onilliklər ərzində Türkiyə Avropa Birliyinə inteqrasiya etmək planı üzrə hərəkət edirdi və həmin siyasətin aparıldığı dövrdə biz yaxşı xatırlayırıq ki, Türkiyədə heç zaman sabit dövlət olmamışdı və  daimi dövlət çevrilişləri, daimi növbədənkənar seçkilər , daimi təxribatlar  və ölkədə separatizm dəstəklənməsi baş verirdi. Avropa birliyi bir tərəfdən yəni guya Avropa Birliyinə qəbul etmək üçün onlara müəyyən tövsiyyələr verir, təkliflər verir, digər tərəfdən isə Türkiyə daxilində separatizmi dəstəkləyir və Türkiyənin məhz bu şəkildə indi mövcud olduğu şəkildə  bütün Avropa Birliyinə inteqrasiya olunmasının qarçşısını almağa çalışırdı: “Türk dövlətlərinin coğrafi cəhətdən böyük-kiçik olmasından asılı olmayaraq, ümumiyyətlə, hər birisi çox unikal şəkildə bu birliyə öz töfhəsini verir. Qazaxısan öz təbii resursları, Qırğızıstan digər  bir resursları ilə,  Özbəkistan,Türkmənistan, Azərbaycanda bütün türk dövlətlərini birləşdirən çoxsatylı  regional və qlobal layihələr var. Bu layihələrin həyata keçirilməsi Türk dünyasını bir-birinə daha sıx bağlayacaq. Bu ölkələrin bir-birinə bağlanmasında liderlərin, sözsüz ki, rolu şübhəsizdir. Biz müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə hələ türk dövlətlərinin rəhbərləri arasında  gələcəyin qeyri-müəyyən  olduğu hallarını da müşahidə  etmişik.  Bəzən türk dövlətləri arasında ixtilaflar da meydana çıxıb. Lakin bu dönəm də arxada qalıb. Artıq  dünyada gedən proseslərin  hərtərəfli və dərin təhlilindən sonra türk xalqları başa düşdülər ki.  bizim gələcəkdə qlobal dünyada yaşamaq imkanımız qloballaşmanın proseslərindən çox zərər çəkməmək üçün  gedəcəyimiz yeganə yol birlik yoludur.

R.T.Ərdoğanın Azərbaycan torpaqlarının işğalına qarşı öz ölkəsinin apardığı siyasətinə düzəlişlər eləməsi, dəyişikliklər eləməsi və nəhayət, Azərbaycanın  haqlı mövqeyini dünya miqyasında bütün beynəlxalq platformalarda  planlı olaraq dəstəkləməsi sonra Vətən müharibəsinin 44 günlük zəfəri ilə başa çatdı. Uğurlu bir müharibə ilə Azərbaycan öz torpaqlarını azad etdi. Bütün savaşdan öncə də, savaşın getdiyi 44 gün ərzində də Türkiyə bir sipər kimi Azərbaycana qarşı yönələn təqiblərin qarşısında dayandı.  Bu siyasi və mənəvi dəstək  Azərbaycan xalqı üçün  bu qələbənin elə əsas hissəsini təşkil edir.  Bu həm də bütün dünya dövlətləri üçün də bir nümunə oldu. Rəcəb Tayyib Ərdoğan bir Azərbaycanın yox, bütöv Türk dünyasının liderlərindən biridir. R.T.Ərdoğanın bu şəkildə güclənməsi, dünya çapında  söz sahibi olması  həm Azərbaycanın, həm də digər türk dövlətlərinin gücünü artırır. Bu baxımdan R.T.Ərdoğanın və İlham Əliyevin  birgə apardıqları  vahid siyasət eyni platformadan çıxış etmək siyasəti bütün türk dünyasını da eyni istiqamətə yönəldir”, - deyə millət vəkili vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ    

Oxşar xəbərlər