Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Azərbaycanda səfərdə olan Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün keçirdiyi görüşdə aparılıb.
Azərbaycanın meyvə-tərəvəz məhsullarının Səudiyyə Ərəbistanı bazarına ixracı imkanlarını dəyərləndirən iştirakçılar bildiriblər ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var.
M. Məmmədov Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.
Görüşdə Azərbaycanın aqrar sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə innovativ yeniliklər ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında aqrar sahədə əməkdaşlıq imkanlarını dəyərləndirən tərəflər kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi məsələlərinə toxunublar.
Tərəflər bu kimi görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirib, qarşılıqlı müzakirələrin davam etdirilməsini vacib olduğunu qeyd ediblər.
Xatırladaq ki, görüşdə həmçinin kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Orxan Məmmədov iştirak ediblər. ("Report")