22.11.2024, 09:48
AZ EN
07.06.2023, 10:04 97

Syuzan Eliott: Bakı və İrəvan arasında enerji resursları və kommunikasiyalarla bağlı müzakirələr davam etməkdədir

XƏBƏRLƏR
  • Azad olunmuş ərazilərdə çoxlu sayda infrastruktur işləri görülüb. Ən əsas olan isə hazırda sülh danışıqları gedir.

Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda proqramda ABŞ Xarici Siyasəti üzrə Milli Komitənin İcraçı direktoru və Prezidenti Syuzan Eliott deyib.

O bildirib ki, bölgədə sülhün olması inkişaf üçün vacibdir: “Görünən ki, bu işlərdə ABŞ və Avropa Birliyi də yaxından iştirak edirlər. Biz burada stabillik və sülhün olmağında maraqlıyıq. Moldova, Brüssel və Vaşinqtonda görüşlər keçirilib. Bölgədə sülh və davamlı inkişaf üçün atılan belə addımlar vacibdir. Burada kimin qalib, kimin məğlub olmasını müzakirə etmək uğursuz yanaşmadır. Əsas olan məsələ birlikdə yaşamağı bərpa etməkdir. Bakı və İrəvan arasında enerji resursları və kommunikasiyalarla bağlı müzakirələr davam etməkdədir. Düşünürəm ki, ölkələr arasındakı belə müzakirələr gələcək üçün xüsusi əhəmiyyət kəsb edir”. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR