Əvvəlcə alpinistlər Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək gül dəstələri qoyublar.
Ekspedisiya üzvləri təyin olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə yürüş ediblər.
Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən “Heydər zirvəsi”nə qalxan alpinistlər Ümummilli Liderin barelyefi önündə onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, burada Azərbaycan Respublikasının Dövlət Bayrağını dalğalandırıblar. (mod.gov.az)