14.11.2025, 05:50
AZ EN
30.10.2025, 10:09 189

Rusiya Ermənistana təhdidləri artıracaq

XƏBƏRLƏR
  • Rusiya Federasiyası regionda keçirilən son seçkilərdən sonra öz strategiyasını nəzərdən keçirir. Kreml müxtəlif ölkələrin, o cümlədən Moldova Respublikasının siyasi proseslərinə müdaxiləni davam etdirəcək. Rusiya həmçinin Rusiya Ermənistana nəzarəti bərpa etmək üçün yeni təhdidlərə əl atacaq.

"Vətən səsi" xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu bildirib. Onun sözlərinə görə, rəsmi Moskva Moldovadakı seçkilərdən sonra diqqətini həmin nəticələrin təkrarlana biləcəyi digər ölkələrə yönəldir, postsovet məkanında və hətta inkişaf etmiş demokratik ölkələrə belə nəzarətini və təsirini qorumağa çalışır.

"Rusiya Federasiyası hələ də strategiyasını təkmilləşdirir. Onlar belə nəticələri gözləmirdilər və indi öz planlarına yenidən baxmağa çalışırlar. Onlar seçkilərin keçiriləcəyi başqa ölkələrə diqqət yetirəcəklər. Məsələn, gələn il Ermənistanda seçkilər keçiriləcək və onlar Ermənistanda hökumət üzərində nəzarəti bərqərar etməyə çalışacaqlar".

Xatırladaq ki, Gələn ilin yayında Ermənistanda parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Maya Sandu Rock FM radiosuna müsahibəsində "Rusiya Ermənistana nəzarəti bərpa etməyə çalışacaq" dedikdə məhz həmin seçkilərə müdaxiləni nəzərdə tutur. Sirr deyil ki, Nikol Paşinyan hakimiyyət başına gələndən sonra rəsmi İrəvanın Rusiyadan uzaqlaşaraq Avropaya inteqrasiya yolunu tutması və Avropa İttifaqına qoşulmaq sayləri Moskvanın imerialist maraqlarına ziddir. Məhz buna görə də Kreml Paşinyan hökumətini cəzalandırmaq üçün fürsət axtarır.

Elxan SALAHOV

Oxşar xəbərlər