04.12.2024, 23:50
AZ EN
05.06.2023, 16:07 180

Ekspert: “Bakı və İrəvan beynəlxalq vasitəçiliyin yekun formatı barədə qərar verməlidir”

XƏBƏRLƏR
  • “Azərbaycan və Ermənistan beynəlxalq vasitəçiliyin yekun formatı barədə qərar verməli və diqqəti yerdə qalan fikir ayrılıqlarının həlli yollarının tapılmasına yönəltməlidir”.

Bunu amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman bildirib.

“Son nəticədə Bakı və İrəvan yekun vasitəçiliyin formatı ilə bağlı qərar verməli və fikir ayrılıqlarının həlli yollarının tapılmasına diqqət etməlidirlər. Onlar başqa ölkələrin eqolarının danışıqlar prosesini sonsuz müzakirələrə çevirməsinə imkan verməməlidirlər”, - o vurğulayıb.

Ekspert qeyd edib ki, tərəflər arasında Qərbin vasitəçiliyi ilə Kişineuda keçirilən son görüşün ən maraqlı tərəfi odur ki, bu görüş amerikalı diplomatların fəallığının ardınca baş tutub: “Sanki Avropa İttifaqı ya ABŞ-ın səylərini tamamlamağa ehtiyac duyur, ya da Vaşinqtonun üzündən bu fürsəti əldən verməkdən qorxur. Hər halda, bu, Rusiyanın bu prosesə müdaxiləsindən qat-qat yaxşıdır”.

Onun sözlərinə görə, Aİ, ABŞ və ya Fransanın Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi zamanı yaranan paralel yollara hər hansı etiraz edib-etməyəcəyini izləmək maraqlı olacaq: “Aydındır ki, bütün maraqlı tərəflər siyasi qələbədən faydalanmağa ümid edirlər”. (Report)

Oxşar xəbərlər