23.12.2024, 15:40
AZ EN
11.07.2024, 18:36 212

Qərbi Azərbaycan İcması: Ermənistan hökumətini Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırırıq

XƏBƏRLƏR
  • Dini radikalizm və Azərbaycanofob mövqeyə malik “Beynəlxalq Xristian Həmrəyliyi” adlı qeyri-hökumət təşkilatı BMT-nin İnsan Hüquqları Şurasının məkanından sui-istifadə edərək, növbəti anti-Azərbaycan tədbir keçirib. Tədbirdə Ermənistanın keçmiş xarici işlər naziri, ifrat millətçi Vartan Oskanyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən çıxış edib.

Bununla bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir: “Qərbi Azərbaycan İcması dini radikalizmi və millətçiliyi təbliğ edən və regionda sülhün bərqərar olunmasına qarşı çıxan ünsürlər tərəfindən BMT məkanlarının sui-istifadəsini qınayır. İcma, həmçinin Ermənistan hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırır”. (AZERTAC)

Oxşar xəbərlər