05.02.2025, 17:58
AZ EN
10.05.2022, 10:32 390

Xələf Xələfov: “Ermənistanla sülh danışıqları Azərbaycanın təklif etdiyi 5 maddə əsasında aparılmalıdır”

XƏBƏRLƏR
  • Brüssel görüşündən sonra və ondan əvvəlki proseslər nəticəsində belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib.

Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu istiqamətdə səylər davam etdirilir. Sülh danışıqları Azərbaycanın təklif etdiyi 5 maddə əsasında aparılmalıdır.

"Hər hansı əlavə şərtlərlə prosesə başlamaq məqsədəuyğun deyil, çünki bu, prosesi pozmaq mənasına gəlir. Ermənistan tərəfindən hələlik 5 maddəlik təklifdən imtina mövqesi sərgilənməyib", - deyə X.Xələfov əlavə edib.

Oxşar xəbərlər