Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə bu öz əksini tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2021-2023-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlilini təmin etməlidir.
Nazirliyə 2021-2024-cü illərdə Füzuli, Cəbrayıl və Ağdam rayonları ərazisinin geoekoloji, geokimyəvi və radiasiya şəraitinin öyrənilməsi də tapşırılıb.