07.06.2025, 17:52
AZ EN
25.05.2023, 14:25 412

Emin Hüseynov: Azad edilmiş ərazilərin bərpasında Azərbaycanın üzləşdiyi ən mühüm problemlərdən biri minadır

XƏBƏRLƏR
  • Azad edilmiş ərazilərin bərpasında Azərbaycanın üzləşdiyi ən mühüm problemlərdən biri mina və digər partlayıcı maddələrdir.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq humanitar konfransda bildirib.

O qeyd edib ki, minatəmizləmə əməliyyatlarından əlavə, ANAMA azad edilmiş torpaqların yaxınlığında yaşayan əhalini təhlükə və ehtiyat tədbirləri barədə məlumatlandırır.

Onun sözlərinə görə, Azərbaycanın 2020-ci ildəki böyük qələbəsindən bəri minaların təmizlənməsi, ərazilərdə yenidənqurma işlərinin aparılması, o cümlədən nəqliyyat əlaqələrinin bərpası istiqamətində böyük işlər görülüb.

E.Hüseynov bu ərazilərdə aparılan işlər, o cümlədən hava limanlarının, yaşayış komplekslərinin, məktəblərin və digər infrastrukturun tikintisi barədə məlumat verib. (AZƏRTAC)

Oxşar xəbərlər