21.09.2024, 18:58
AZ EN
25.05.2023, 13:59 306

İlyas Hüseynov: “Təlaşa düşən separatçılar arasında fikir ayrılıqları genişlənməkdədir

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyanın əvvəlcə Avropada, bir neçə gün sonra isə İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməsi, Qarabağın Azərbaycanın tərkib hisəsi olduğunu etiraf etməsi separatçıları həddən ziyadə hiddətləndirib. Qondarma rejimin “nümayəndələrinin” absurd açıqlamalarından da görünür ki, separatçılar 30 il ərzində qurduqları sərsəm xəyalların puç olmasını həzm edə bilmirlər.

Qondarma rejimin “nümayəndələri” bir neçə gün öncə verdikləri bəyanatda Ermənistandakı mövcud hakimiyyətin qərarlarına tabe olmayacaqlarını bildiriblər. Keçmişdəki separatçı liderlər Arkadi  Quqasyan və Bako Saakyanın fikrincə,  rəsmi İrəvan erməni maraqlarına xəyanət edib, müxalifət də buna reaksiya verməməklə Paşinyan hakimiyyətinin xəyanətinə ortaq olur. Sabiq  prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın separatçılara cavabı gecikməyib. Onlar qondarma rejimə öz günahlarını  başqlarının üzərinə atmağa cəhd göstərməkdə günahlandırıblar.

Politolq İlyas Hüseynov bununla bağlı mətbuata açıqlamasında bildirib ki, artıq separatçılar da təlaşa düşüblər,  bir sıra fikir ayrı-seçkilikləri formalaşmaqdadır. Eləcə də  Xocalı yaxınlığında təlimlər keçirtməyə cəhdlər göstərirlər və anlayırlar ki, artıq  onların sonu yaxınlaşıb. Bu xüsusda biz görürük ki,  separatizmin başında duran miatsum hərəkatının öncüllərindən olan Arkaqi Quqasyan,  Bako Saakyan, Rubert Köçəryan, Serj Sərkisyan da artıq dilə gəliblər.  Bir sözlə, müharibə partiyası hərəkətə keçib.

Baş verənlər onu göstərir ki,  Ermənistandakı mövcud hakimiyyətlə ərazilərimizdəki separatçı terrorçular arasında, eləcə də separatçıların öz daxilində ziddiyyətlər getdikcə dərinləşir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər