Bunu ölkəmizin xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya və Ermənistandan olan həmkarları Sergey Lavrovla Ararat Mirzoyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün açılışı zamanı çıxışında deyib.
Ceyhun Bayramov qeyd edib ki, postmünaqişə dövründə münasibətlərin normallaşması prosesi müxtəlif mərhələlərdən ibarətdir. Belə ki, ötən ilin sonundan etibarən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində müəyyən durğunluq müşahidə olunub.
XİN rəhbəri həmçinin Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı bu məsələdə irəliləyiş əldə olunduğunu vurğulayıb.
“Bugünkü danışıqlar Ermənistan nümayəndə heyəti ilə bütün mövcud məsələlərin, o cümlədən mümkün sülh müqaviləsi ilə bağlı məsələlərin müzakirəsini davam etdirməyə imkan verəcək”, - diplomat əlavə edib. (APA)