09.06.2025, 16:50
AZ EN
30.08.2024, 17:41 246

TÜRKPA nümayəndə heyətinin rəhbəri: “Seçkilərin Qarabağı da əhatə etməsini yüksək qiymətləndiririk”

XƏBƏRLƏR
  • Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərinin ilk dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də keçirilməsini yüksək qiymətləndiririk.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan TÜRKPA nümayəndə heyətinin rəhbəri Ahmet Zenbilçi deyib.

O, Azərbaycanın bütün dünyaya demokratiya nümayiş etdirdiyini diqqətə çatdıraraq seçkilərin ən yaxşı şəkildə keçiriləcəyindən əminliyini ifadə edib. Qonaq Milli Məclisə seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu deyərək prosesləri fəal şəkildə izləyəcəklərini vurğulayıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan TÜRKPA-nın nümayəndə heyətinin rəhbəri Ahmet Zenbilçinin başçılıq etdiyi heyətlə görüşüb. Görüşdə MSK sədri M.Pənahov Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayıb.

Oxşar xəbərlər