24.12.2024, 07:03
AZ EN
19.05.2023, 13:39 224

Lavrov: “Bütün istiqamətlərdə tərəqqi Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir”

XƏBƏRLƏR
  • “Bugünkü görüşün əsas mövzusu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasıdır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, bütün məsələlərin həllində məhz bu bəyanatlar həlledici rol oynamalıdır: “Bu, sülh müqaviləsinə, kommunikasiyaların açılmasına, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyasına aiddir. Bütün istiqamətlərdə tərəqqi Cənubi Qafqazda sülhə nail olmaq üçün əsas şərtdir”.

Lavrov qeyd edib ki, Rusiyanın Cənubi Qafqaz regionunda ciddi maraqları var və tarixən burada rola malik olub. Onun sözlərinə görə, rəsmi Moskva regionda sülh və sabitliyin tam bərqərar olmasına töhfə verməyə hazırdır. (Report)

Oxşar xəbərlər