23.12.2024, 03:39
AZ EN
19.05.2023, 13:07 189

Ceyhun Bayramov: Bu gün bir sıra məsələlər barədə danışmaq mümkün olacaq

XƏBƏRLƏR
  • Bu gün Azərbaycan-Ermənistan münasibətlərinin postmünaqişə dövründə tənzimlənməsi üzrə bir sıra məsələlər barədə danışmaq mümkün olacaq.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

"Hazırki görüşün təşkilini və Azərbaycanla Ermənistan arasındakı danışlar prosesində nəzərə çarpan müsbət dinamikanı çox yüksək qiymətləndiririk. Mən may ayındakı yetərincə sıx əlaqələri nəzərdə tuturam. Düşünürəm ki, bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin postmünaqişə dövründə müxtəlif istiqamətlərdə tənzimlənməsi ilə əlaqədar bir sıra məsələlər barədə də ikitərəfli danışıqlar aparmaq, həmçinin ikitərəfli əlaqələri və Azərbaycanla Rusiya arasında ikitərəfli gündəliyi müzakirə etmək mümkün olacaq", - o deyib.

C.Bayramov qeyd edib ki, Azərbaycanın baş nazir müavini Şahin Mustafayevin rəhbərliyi altında təxminən 80 nəfərdən ibarət böyük nümayəndə heyəti hazırda Kazan şəhərində keçirilən "Rusiya - İslam dünyası: KazanForum" XIV Beynəlxalq İqtisadi forumda iştirak edirlər.
"Hazırda paralel olaraq baş nazir müavinlərinin görüşü keçirilir. Baş nazir müavinimizin bir neçə baş nazir müavini ilə geniş spektrli məsələlər üzrə görüşü nəzərdə tutulub", - o deyib.
Azərbaycanın XİN rəhbəri Rusiya tərəfinə ölkədə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

"Bütün dövlət strukturları, ictimai təşkilatlar və vətəndaşların Ümummilli Liderin xatirəsinə həsr olunmuş tədbirlərə göstərdikləri diqqət bizim üçün qətiyyən təəccüblü deyil", - o deyib. (Trend)

Oxşar xəbərlər