16.09.2024, 23:10
AZ EN
18.05.2023, 21:59 270

Dövlət Departamenti: ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləyir

XƏBƏRLƏR
  • ABŞ danışıqların harada aparılmasından asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun tərəfdarıdır.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilməsi nəzərdə tutulan görüşü şərh edərkən deyib.

"Tərəflər arasında birbaşa danışıqlar prinsipial əhəmiyyət kəsb edir və onlar harada keçirilməsindən asılı olmayaraq - Arlinqtonda (ABŞ), Brüsseldə və ya Moskvada - biz şad olardıq", - o vurğulayıb. (APA)

Oxşar xəbərlər