24.12.2024, 06:45
AZ EN
16.05.2023, 20:30 235

Azərbaycan və Moldova parlamentləri arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb

XƏBƏRLƏR
  • Mayın 16-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Moldova Parlamentinin sədr müavini Mixail Popşoy ilə görüşüb.

Görüşdə Əli Hüseynli bu il ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsindən danışaraq, onun həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər mühüm istiqamətlərdə görülmüş işlərdən bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı həyatını xalqının yolunda fədakar xidmətə həsr etmiş dahi şəxsiyyət kimi Azərbaycan tarixinə əbədi həkk olunub.

Azərbaycan-Moldova münasibətlərinə toxunan Milli Məclis sədrinin birinci müavini ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının, hökumət rəsmilərinin qarşılıqlı səfərləri zamanı imzalanan sənədlərin əhəmiyyətini qeyd edib. Bildirilib ki, ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Moldova parlamentinin sədr müavini Mixail Popşoy Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasına dəvətə görə təşəkkürünü ifadə edib. Qonaq Azərbaycanla Moldova arasında əməkdaşlıq əlaqələri və əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, dövlətlərimiz arasında münasibətlərin gələcək inkişafı üçün qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ("AZERTAC")

Oxşar xəbərlər