Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Daimi komitənin iclasında “Avropa Şurası çoxtərəfli arxitekturanın əsas oyunçusu kimi”, “Avropa Şurası insan hüquqlarının müdafiəsinin pioneri kimi: yeni nəsil hüquqlar” və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Komitə sədri səfər çərçivəsində İslandiya parlamentinin İslandiya Universiteti ilə birgə keçirəcəyi “Gələcək üçün demokratiya ölçüsü” mövzusunda dəyirmi masanın işinə də qatılacaq.
Səfər mayın 16-da başa çatacaq. (APA)