18.10.2024, 22:14
AZ EN
11.05.2023, 08:19 147

Ceyhun Məmmədov: "Azərbaycan qısa müddətdə Qarabağı dünyanın ən abad və gözəl məkanlarından birinə çevirəcək"

XƏBƏRLƏR
  • "Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Yuxarı Gövhər Ağa və Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidlərinin açılışında iştirak ediblər".

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov özünün şəxsi "Facebook" hesabında səsləndirib.

Deputat qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda bərpa və quruculuq işləri sürətlə aparılır: "Yaşayış binalarının, məktəb və bağçaların inşası ilə yanaşı, tarixi-dini abidələrimizin bərpasına da xüsusi önəm verilir. Hər bur rayonda məscidlərin bərpasına və yenilərinin inşasına xüsusi diqqət və həssaslıqla yanaşılır. Bu, həm də Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin milli-mənəvi dəyərlərimizə nə qədər bağlı olduqlarını göstərir. Azərbaycan qısa müddətdə Qarabağı dünyanın ən abad və gözəl məkanlarından birinə çevirəcək", - deyə millət vəkili vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər