Prezident İlham Əliyev mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışı zamanı şəhid Mahir Məmmədovun ailə üzvləri ilə görüşərkən belə deyib. Dövlətimizin başçısı şəhid ailələrinə indiyədək 12 min 500 mənzil verildiyini, ancaq hələ də növbədə duranların olduğunu qeyd edib. Ölkə rəhbəri məcburi köçkünlər üçün Qarabağda, Zəngəzurda evlərin tikilməsinə başlanıldığını vurğulayaraq deyib: “Onlar orada yaşamalıdırlar”.