17.12.2024, 20:24
AZ EN
23.04.2023, 22:00 268

XİN: İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını qətiyyətlə pisləyirik

XƏBƏRLƏR
  • İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə öz "Twitter" səhifəsində yazıb.

“Ermənistan hökuməti və Baş nazir Nikol Paşinyan bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməlidir” – deyə diplomat vurğulayıb.

Oxşar xəbərlər