Bu sözləri Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin İcraçı direktoru Xalid Teymur Əkrəm deyib.
İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə bağlı danışan X.Əkrəm deyib: “Şuşa və digər ərazilərdə aparılan yenidənqurma işləri olduqca sürətlə gedir. Dünən biz Füzuliyə səfər etdiyimiz zaman Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olduq. Bu aeroportun qısa zamanda inşa edilməsi böyük nailiyyətdir”.
Azad olunmuş ərazilərə ermənilər tərəfindən yerləşdirilmiş minalarla bağlı problemlərdən çox narahat olduğunu bildirən icraçı direktor qeyd edib: “Biz – beynəlxalq ictimaiyyətin nümayəndələri BMT-yə və Ermənistana minaların düzgün xəritələrinin verilməsi üçün müraciət edəcəyik. Bu ərazilərdə basdırılmış minalar ötən bir il ərzində yüzdən çox insanın həyatına son qoyub”. (AZƏRTAC)