Horadizdə yerləşən “Heydər Parkı”nda Füzuli rayon İcra Hakimiyyətinin və Füzuli rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə RİH-nin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konsert proqramında rayonun mədəniyyət və incəsənət nümayəndələrinin, eləcə də Bakı şəhərindən dəvət olunmuş musiqiçilərin ifasında şən müsiqi nömrələri səsləndirilib və bədii qiraət müsabiqəsi qalibləri olan məktəblilər Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyiblər.
Hazırladı: Mina RƏŞİD