22.11.2024, 00:40
AZ EN
05.05.2023, 09:41 227

Elşad Həsənov: Xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi ulu öndərimiz var

XƏBƏRLƏR
  • Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi ulu öndəri var. Heydər Əliyev istər təhlükəszilik orqanlarında ən kiçik vəzifədən sədr vəzifəsinə qədər, istərsə də Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün uğurlarını öz biliyi, bacarığı, qətiyyəti ilə qazanıb.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif layihəsinə müsahibəsində təhlükəsizlik orqanlarının və 1-ci Qarabağ müharibəsinin veteranı, polkovnik Elşad Həsənov bildirib.

O, əlavə edib ki, Heydər Əliyev təhlükəsizlik orqanlarında çalışarkən azərbaycançılıq ideyalarını irəli sürməyə başlayıb

"Həmin dövrdə xüsusi xidmət orqanlarında azərbaycanlıların sayı çox az idi. Heydər Əliyev orqanların milliləşməsinə başladı. Ulu öndərdə dövlətçilik ideyaları çox güclü olduğuna görə o, sonrakı illərdə də dövlətinə, xalqına, vətəninə şərəflə xidmət etdi. Təsəvvür edin, Sovet Azərbaycanı ittifaq səviyyəsində bütün sahələrdə geri qalırdı. Amma Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlayandan Azərbaycan Sovetlər məkanında ən qabaqcıl ölkyə çevrildi. Müstəqillik illərində, xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələndə də Heydər Əliyev həyatını ölkənin inkişafına həsr etdi. Fəxr edirəm ki, həmin illərdə ulu öndərlə çalışmaq xoşbəxtliyi mənə də nəsib olub. Bir çox səfərlərdə Heydər Əliyevi müşaiyət edən heyətin tərkibində mən də olmuşam. Bundan başqa elə cinayət işləri var idi ki, onların araşdırılmasına, aparılan əməliyyat-istintaq tədbirlərinə ulu öndər şəxsən nəzarət edirdi. Dövlət çevrilişinə cəhdlə bağla cinayət işinin araşdırılması işində mən də iştirak edirdim. Biz çevrilişə cəhddə iştirak edən şəxsləri müəyyən etdik, qonşu ölkələrdən birində saxlayıb Azərbaycana gətirdik. Bu uğura görə ulu öndər bizi müxtəlif orden və medallarla təltif etdi. Yəni, Heydər Əliyev işinin çoxluğuna baxmayaraq bizim fəaliyyətimizi nəzarətdə saxlayırdı. Eyni zamanda da qiymətləndirirdi. O, qayğıkeş insan idi. Görülən işə qiymət verirdi. Heydər Əliyev ömrünü xalqına, dövlətinə bağışlayıb, ölkəsi üçün yaşayıb. Ona görə də xalqımız ulu öndəri əbədi olaraq xatırlayacaq, ona dərin hörmət və ehtiram bəsləyəcək", - deyə o, əlavə edib.

Oxşar xəbərlər