08.09.2024, 07:27
AZ EN
28.04.2023, 13:47 226

Sergey Markov: Heydər Əliyev Rusiya və Azərbaycan qardaşlığının rəmzidir

XƏBƏRLƏR
  • Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də Sovet İttifaqının görkəmli dövlət xadimidir. O, Sovet İttifaqı və Rusiyanın inkişafına böyük töhfə verib.

Bu fikirləri “Heydər Əliyevin SSRİ və Rusiyanın inkişafında rolu” mövzusunda keçirilən dəyirmi masada Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov söyləyib.

Politoloq deyib: “Əgər Mixail Qorbaçov deyil, Heydər Əliyev Sovet İttifaqının rəhbəri olsaydı, onda biz ölkəmizin, bütün Avropa və Avrasiyanın tamamilə başqa tarixini görə bilərdik. Bizim deməyə bütün əsaslarımız var ki, SSRİ-nin süqutu baş verməyəcəkdi. Ola bilər ki, respublikalar daha çox suverenliyə malik olacaqdı və SSRİ bu gün Çinin dünya iqtisadiyyatında tutduğu yerə sahib ola bilərdi. Bu, tarixin Heydər Əliyevin şəxsində verdiyi şans idi, lakin təəssüf ki, həmin imkan həyata keçmədi”.

S.Markov qeyd edib ki, Heydər Əliyevin SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində qəbul etdiyi qərarlar indi də Rusiyanın inkişafı üçün aktualdır. O əlavə edib: “Məsələn, məhz Heydər Əliyev Sovet İttifaqının neft-qaz kompleksi infrastrukturunun tikintisinə rəhbərlik edib. Rusiya büdcəsinin neft və qazdan əldə etdiyi gəlirlər bir çox hallarda onunla bağlıdır ki, Heydər Əliyev bir zamanlar neft-qaz infrastrukturunun tikintisi üçün böyük işlər görüb. Heydər Əliyev təkcə Azərbaycanda deyil, həm də Rusiyada rus dilinin inkişafı üçün çoxlu işlər görüb. Heydər Əliyevin humanitar məsələlərin həllində rolunu da qeyd etmək lazımdır. Məsələn, məhz Heydər Əliyevin təşəbbüsü ilə bürokratik əngəllər aşılıb və uşaq evlərinin maliyyələşdirilməsi iki dəfə artırılıb”.

Rusiyalı politoloq sonda vurğulayıb: “Heydər Əliyev bizim ümumi tariximizin qəhrəmanlarından biri, Rusiya və Azərbaycanın qardaşlığının rəmzidir”. (AZƏRTAC)

Oxşar xəbərlər