25.11.2024, 01:10
AZ EN
03.04.2023, 15:02 218

Nikolun Annası özündən daha qorxuludur?

XƏBƏRLƏR
  • Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyanın 44 günlük müharibədə 11 mindən çox erməninin fərari olduğunu etiraf etməsi xüsusilə erməni əsgər analarının qəzəbinə səbəb olub."Hraparak"ın müxbiri Karen Martirosyanın bu günkü məqaləsi də elə sözügedən olayla bağlıdır.

"Bu qadın indi də fərarilik haqqında bəyanat yayıb. Mən ona xanım demirəm, şeytanların başçısı deyirəm. O ərindən daha təhlükəlidir. Əvvəlcə deyirdilər ki, oğlanlar mənasız yerə həlak oldular,...indi isə fərarilikdən danışır.

Bu sözləri "Birlikdə" seçkidən kənar ictimai-siyasi hərəkatın keçirdiyi mətbuat konfransında 44 günlük müharibədə həlak olan əsgərin anası Naira Melikyan deyib. O, daha sonra deyib ki, "hər şeydən əvvəl bizim iqtidar özü fəraridir. Yəqin elə o nəzərdə tutulur".

İndi hakimiyyətdə olanların xeylisinin nəinki müharibədə, heç adi hərbi xidmətdə belə olmadığını deyən erməni qadın buna misal olaraq sabiq elm, təhsil nazirinin adını da vurğulayıb. O sonda belə deyib: "Türk sakit addımlarla suveren ərazimizə girir".

Nəsib

Oxşar xəbərlər