02.08.2025, 11:32
AZ EN
29.03.2023, 09:38 274

Əməkdar artist iqtidarı mənəviyyatsızlıqda ittiham edir

XƏBƏRLƏR
  • Ermənistanın əməkdar artisti Şuşan Petrosyan "Hraparak"ın suallarını cavablandırarkən ötən il müharibə qəhrəmanı Leonid Azqaldyanın heykəlinin bir hissəsi qoparılıb atılmışdı və cinayətkarın bununla qürurlandığını, onun saxta qəhrəman olduğunu bildirmişdi. Hüquq mühafizə orqanları isə həmin adamı bir neçə gün saxladıqdan sonra sərbəst buraxmış, heykəlin məhz həmin şəxsin vəsaiti hesabına təmir ediləcəyinə söz vermişdi. Amma indiyədək nə təmir işləri aparılıb, nə də cinayətkar qanun qarşısında cavab verib.

Hakimiyyət orqanlarının səriştəsizliyi və psevdovətənpərvərliyi sayəsində İrəvanın hərbi qəbirstanlığında məzarların sayının getdikcə artdığını qeyd edən əməkdar artist onu da vurğulayıb ki, erməni cəmiyyətində mənəvi dəyərlərin qorunması istiqamətində lazımi şərait yaradılmaq əvəzinə deklarasiya baş alıb gedir və bu hakim partiyaya sərf edir.

O, deyir: "...Nikol öz övladını süni dəyərlərin mövzuları ilə tərbiyə edib....yad dəyərlər isə hayların təbiətinə mənfi təsir edir".

Şuşan Petrosyan sonda deyib ki, mənim üçün qəhrəman "arsaxda" olaraq bizi ruhlandıranlardır.

Nəsib

Oxşar xəbərlər