22.04.2025, 07:29
AZ EN
02.03.2023, 16:14 270

Terrorçu ailələrinə müavinət verilir

XƏBƏRLƏR

44 günlük müharibədə biabırçı məğlub olan hayların üçtərəfli birgə bəyanatdan sonra Azərbaycan ərazisinə təxribat-diversifikasiyası qrupları göndərməsi və onların ifşa olunaraq məhkəmə də müəyyən müddətə azadlıqdan məhrum edilmələrini müxtəlif yalanlarla ört-basdır etməyə çalışmaları nəticəsiz qaldıqdan sonra etiraz aksiyalarına start verənlər, nəhayət, reallıqla barışmağa başlayıblar. "Lurer.com" bu günkü buraxılışında yayıb ki, buna səbəb hökumətin müharibədə itkin və əsir düşənlərin ailələrinə dövlət büdcəsindən birdəfəlik üç yüz min dram vəsaitin verilməsi barədə açıqlanan qərardır. Qeyd edək ki, Ermənistanda 1 dollar 400 dramdan bir qədər artıqdır. Bəzi valideynlər həmin vəsaiti deyil, övladlarını istəsələr də müvafiq orqanlar bu istiqamətdə iş getdiyini vurğulayaraq onların sözügedən müavinəti almalarına, belə demək olarsa, səslərini kəsməyə cəhd göstərirlər.

Nəsib

Oxşar xəbərlər