"Hayastan" fraksiyasından sabiq deputat Vahe Hakopyan parlamentin "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü, müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədri Andranik Koçaryana qarşı məhkəmədə yenə iddia qaldırıb. Buna səbəb isə A.Koçaryanın cari il mayın 10-da İctimai televiziya kanalında canlı çıxışı zaman Vahe Hakopyanın dövlət büdcəsindən mənimsədiyi 15 milyard dramı geri qaytarması ilə bağlı açıqlama verməsidir. O, məhkəməyə müraciətində bunun böhtan olduğunu, dövlətin pulunu mənimsəmədiyini bildirib və A.Koçaryanın məhz həmin TV-də çıxış edərək ondan üzr istəməsi üçün qərar qəbul olunmasını tələb edib.
İddia ərizəsi və A. Koçaryanın dediklərini təkzib edən sənədlər baxılması üçün İrəvanın müvafiq mülki məhkəməsinə, orada isə hakim Anna Filosyana verilib. Hakim deputat A.Koçaryanı müvafiq bildirişlə məhkəməyə dəvət edib, amma o, hakimin müxalifətçi Ruben Melikyanın arvadı və müxalif fikirli olduğu üçün qərəzli hökm çıxaracağını bildirərək işə başqa hakimin baxmasını tələb edib. Hakimlər isə nüfuzlu iqtidar deputatları ilə problem yaşamamaq üçün müxtəlif üsullardan istifadə etməklə işə baxmamağı, məqalənin müəllifi Koryun Simonyanın vurğuladığı kimi, çətin taleyüklü olmamağı üstün tuturlar. Vahe Hakopyan isə "ötür-ötürdən" yorulduğu üçün beynəlxalq təşkilatlara müraciət etmək istəyir.
Nəsib