- Yanvarın 18-də Göyçə mahalının Azad kəndində yerləşən hərbi hissənin mühəndis- istehkam bölüyünün əsgərlərinin kazarmasında baş vermiş yanğın nəticəsində ölən və cəsədləri tanınmaz hala düşən erməni əsgərlərin doğmaları müxtəlif yerlərdə etiraz aksiyasına başlayaraq Müdafiə Nazirliyinin rəhbərliyinin tam tərkibdə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.
"Hraparak" TV- nin yanvarın 20-də saat 12-də canlı verilişində bununla bağlı ətraflı məlumat verilib. Vurğulanıb ki, ölkədə normal hakimiyyət olmadığına görə hərbçilər təkcə döyüş şəraitində deyil, həm də yatdıqları yerdə məhv edilirlər. Bununla da orduya inam getdikcə azalır və onun tam dağıdılması prosesi davam edir.
NƏSİB