Bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan investorlar və sahibkarlarla görüşü zamanı bildirib.
"Bizim üçün sərhədyanı bölgələrdə gömrük anbarları, terminalları və loqistika mərkəzləri kimi müəyyən imkanların yaradılması çox vacibdir", - nazir vurğulayıb.
O, həmçinin şirkətlərin belə proqramları həyata keçirmək və investisiya təşəbbüslərini inkişaf etdirmək üçün istifadə edə biləcəkləri dövlət dəstəyi vasitələrinə toxunub. (Report)