19.11.2025, 12:42
AZ EN
03.11.2025, 08:31 208

Paşinyan: "Xalqlararası Stereotiplər Sovet KQB Mirasıdır, Azad Olmalıyıq"

XƏBƏRLƏR
  • Ermənistan Baş Naziri Nikol Paşinyan xalqlar arasında formalaşmış mövcud stereotiplərin köklərinin Sovet dövrünə gedib çıxdığını bildirib. Yerli mediaya verdiyi açıqlamada Paşinyan həm azərbaycanlıların, həm də ermənilərin uzun illər boyu Sovet KQB agentləri tərəfindən qurulmuş düşüncə sərhədləri içində yaşadığını vurğulayıb.

Baş Nazir qeyd edib ki, bu qəliblər iki xalqın bir-birinə münasibətini müəyyənləşdirməkdə davam edir. Paşinyan "türk türk olaraq qalır, onlar da düşünürlər ki, erməni yenə də ermənidir" qənaətinin əsasən bu çərçivələrdən irəli gəldiyini söyləyib.

O, həm erməniləri, həm də azərbaycanlıları bu köhnəlmiş "cizgilərdən azad olmağa" və yeni bir düşüncə tərzinə keçməyə çağırıb.

Günel QULİYEVA

Oxşar xəbərlər