Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smadiyarov brifinqdə bildirib.
Onun sözlərinə görə, iclas videokonfrans formatında keçiriləcək.
Qazaxıstan tərəfdən komissiyanın həmsədri baş nazirin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarindir. Ermənistan nümayəndə heyətinə isə baş nazirin müavini Mher Qriqoryan rəhbərlik edəcək.
"İclas zamanı ticari-iqtisadi əməkdaşlıq, sənaye, geologiya və yerin təkindən istifadə, informasiya-kommunikasiya və yüksək texnologiyalar, həmçinin kosmik fəaliyyət sahələrində qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin müzakirəsi planlaşdırılır", - A.Smadiyarov qeyd edib.
Onun sözlərinə görə, gündəliyə nəqliyyat, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, səhiyyə, kiçik və orta biznesə dəstək, regionlararası əlaqələrin və mədəni-humanitar əməkdaşlığın inkişafı ilə bağlı mövzular da daxil edilib. (Report)