- Karen Martirosyan əməkdaşı olduğu "Hraparak" vasitəsi ilə xəbər yayıb ki, hazırda Hayastanın xarici işlər nazirliyinin önündə 40 ictimai birliyin nümayəndələrindən ibarət aksiya keçirilir. Buna qədərsə İsveçrənin İrəvandakı səfirliyi qarşısında analoji aksiya keçirilib və səfirliyə ünvanlanan məktubda Bakıda məhkəməsi gedən hayların azad edilməsinə yardımçı olmaq xahiş edilib.Analoji məktub hayların öz xarici işlər nazirliyinə də təqdim edilib.
Yerigəlmişkən yenidən qeyd edək ki, bu gün hay spiker jurnalistlərə xahiş edib ki, sözügedən haylarla bağlı dezinformasiya yaymasınlar. Amma hay-küy davam edir və separatçıların sağlamlığı barədə yalanlar, uydurmalar tirajlanır ki, bu da Alen Simonyanın təbirincə desək, heç bir fayda verə bilməz.
Nəsib