Əlavə edib ki, nəqliyyatda gediş haqqının qaldırılmasına görə narazılıq edənlər bu iməcilikdə də əks mövqedə duracaqları məlumdur. Amma dərk etmək istəmirlər ki, əgər gediş haqqı ödənilməsə bu il nəzərdə tutulmuş nəqliyyat vasitələrini, o cümlədən 45 troleybusu almağa vəsait olmayacaq. Bunun isə təxribat kimi dəyərləndiriləcəyini vurğulayan bələdiyyə sədri həmin şəxslərin məsuliyyətə cəlb ediləcəyini də diqqətə çatdırılıb. Yazıda həmçinin xatırladılıb ki, T.Avinyan seçkidən sonrakı andiçmə tədbirinin rəsmi hissəsindən sonra keçirilən 200 nəfərlik ziyafətin xərclərini büdcədən ödəyib və bu, sırf korrupsiyadır. Hakimiyyət isə buna sükutla baxır.
N.Qaramanlı