10.06.2025, 01:47
AZ EN
14.01.2025, 14:28 216

İran Ermənistanda narkotik maddələr yayır

XƏBƏRLƏR
  • "Hraparak" milli təhlükəsizlik xidmətinin Zəngəzur vilayət idarəsindən aldığı operativ məlumatlara əsasən xəbər yayıb ki, aparılmış əməliyyat- axtarış tədbirləri nəticəsində İrandan Ermənistana gömrükdən yayınmaqla gizli yolla böyük həcmdə narkotik maddələrin keçirilməsinin qarşısını alıb.

Bu qanunsuz əməllə bağlı hələlik 3 Ermənistan və 1 İran vətəndaşı saxlanılaraq barələrində həbs qəti imkan tədbiri seçilib. Əlavə olunub ki, cinayətkar qrupun digər üzvlərinin də müəyyənləşdirilib məsuliyyətə cəlb olunması istiqamətində operativ əməliyyat tədbirləri görülür.

Xatırladaq ki, ötən ilin yanvarında İrəvandakı gecə barlarında qəflətən keçirilən reyd zamanı xeyli iranlı qadının narkotik satışı və bədən alveri ilə məşğul olması məlum olmuşdu. Həmin qadınlar dövlərlərarası sənədə uyğun olaraq İrana təhvil verilmiş və onlar edam olunmuşdular.

"Hraparak" sonda əlavə edib ki, beynəlxalq təşkilatlar təzyiq göstərdiyinə görə bundan sonra narkotika ilə bağlı həbs edilən iranlı cinayərkarlar öz ölkələrinə təhvil verilməyərək cəzalarını Ermənistanda çəkəcəklər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər