10.01.2025, 22:47
AZ EN
10.01.2025, 16:52 136

Avropa İttifaqı yenə cığallıq edir

XƏBƏRLƏR
  • "Hraparak" bu günorta xəbər yayıb ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının cari müddəti fevralda başa çatsa da onun uzadılması nəzərdə tutulub.

Nəşr haysayağı həyasızlıqla bunun səbəbini Cənab İlham Əliyevin yanvarın 7-dəki müsahibəsinin həm haylarda, həm də Avropa İttifaqının rəhbərliyində "yeni təhlükə" yaranmasında görürlər. Əlavə olunub ki, Azərbaycan guya Ermənistanı təhdid edir və müharibə istəyir.

Xatırladaq ki, 2023-cü ilin əvvəllərində də belə sərsəm fikirlərlə Ermənistana öncə 100, sonra isə daha 100 nəfər sabiq kəşfiyyatçılardan, polislərdən ibarət "müşahidəçi" göndərən Avropa İttifaqı özünün və digər beynəlxalq təşkilatların qanunlarını pozaraq hay işğalçı faşist rejimini yeni təxribatlar törətməyə daha da qızışdırmışdı. Reallığı qəbul etməyən və bölgədə söz sahibi olmaq istəyən avropalıların qurbanı isə yenə ermənilərin özlərinin olacağı şübhəsizdir.

N.Qaramanlı

Oxşar xəbərlər