Vahe Hovanisyanın "Əliyevin çıxışından sonra yeni şəraitdə yaşayırıq" başlıqlı məqaləsində yazılanları oxuduqca hayların təkcə sağlam düşüncədən uzaq olduqları deyil, həm də genetik qorxaqlığı, yaltaqlığı və marionetliyi yenidən açıq-aydın sübut olur. Müəllif qorxu və həyəcan nümunəsi olan fikirləri ilə təkcə hay iqtidarını tənqid etmir, həm də bütün hayların sonunun yaxınlaşdığı qənaətində olduğunu açıqlayıb.
Yazıb ki, əhali vəziyyətin çox təhlükəli olduğunu görür və çıxış yolu, bir çoxları isə ölkəni tərk etmək barədə düşünür. Ermənistanın Rusiyanın sayəsində vaxtilə qorxusuz yaşadığını az qala göz yaşları ilə xatırlayan müəllif özü də bilmədən Cənab Prezidentimizin qətiyyətli, peşəkar siyasətçi olduğunu etiraf edərək faşist Ermənistanın məhz onun dəmir yumruğu ilə məhv olacağına əminlik ifadə edib. Qərbə, haylara silah satanlara güvənməyin də etibarlı vasitə olmadığına diqqət çəkən bu siyasətçinin müxtəlif təklifləri sırasında ölkədə fövqəladə vəziyyət elan olunması təklifini də vurğulaması, şübhəsiz, emosionallıqdan öncə hayların etnik vay-şivənliyindən yaranan və daim yaşayan reallıqdır. Öz siyasətini Azərbaycanın humanist təklifləri ilə deyil, İranın, Fransanın qızışdırıcı uydurmaları ilə quran hayların, doğrudan da, məhvi labüddür.
N.Qaramanlı