Sabiq vitse-spiker Eduard Şarmazanov, müxalif deputat Xaçatryan və onlarla digər siyasi fəal Nikol Paşinyanın bu açıqlamasına sözün əsl mənasında hay-küyçülüklə münasibət bildiriblər. E.Şarmazanov ona "arsaxı təhvil verən yalançı" - deyə müraciət edərək nəinki tutduğu postu, həm də ölkəni tərk edərək
xidmət etdiyi ölkəyə (Azərbaycan nəzərdə tutulur- N.Q.) getməyi "tövsiyə " edir. Tənqidlə deyil, təhqirlərlə dolu olan çıxışını sırf hay hay-küyçülüyü ilə bitirən sabiq deputat baş nazirə hədə-qorxu gəlməkdən belə çəkinməyib. Müxalif deputat Xaçatryan isə baş nazirə olan nifrətini sətiraltı ifadələrlə açıqlayıb. Bir sözlə, hay baş nazir öz paylaşımı ilə müxalif hayların yeni hay-küyünün müəllifi olub. Bu hayların Rusiya meylli "Hraparak" mediasında açıq-aşkar görünür.
N.Qaramanlı