"Hraparak" yazıb ki, spiker Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 17-19-da Budapeştdə, ayın 25-30-da isə Ottavada səfərdə olacaq. Hər iki səfərdə yalnız hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü olan deputatlar təmsil olunacaqlar. Müxalif deputatlar isə bunu ayrı-seçkilik kimi qəbul edərək narazılıq bildiriblər.
Parlamentin mətbuat katibi Movses Harutyunyan jurnalistlərə açıqlamasında müxalifətin hər bir olaya münasibətinin qərəzli olduğunu bildirərək əlavə edib ki, onlar xarici səfərlərdə yalnız hakimiyyəti əsassız fikirlərlə tənqid etməyə, reallığı görməməzliyə vurmaqla məşğul olurlar. Əgər bu prinsipdən əl çəkməyə söz versələr gələn ay keçirilməsi nəzərdə tutulan səfərdə onlar da iştirak edə bilərlər.
N.Qaramanlı